Apr
2020
01:05
329
55
3871
Virtual karabakh

Makron: “Həftəyə 10 milyon qoruyucu maska istehsal edəcəyik”

1 Apr, 2020
01:05
3871

Makron: “Həftəyə 10 milyon qoruyucu maska istehsal edəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa aprel ayının sonuna qədər hər həftə 10 milyon qoruyucu maska istehsal edəcək.

“RİA Novosti” xəbər verir ki, bunu Fransanın prezidenti Emmanuel Makron deyib.

O qeyd edib ki, əgər epidemiyadan əvvəl tibb işçiləri həftədə dörd milyon maskadan istifadə edirdisə, indi bu rəqəm 40 milyondur.

E.Makron xatırladıb ki, ölkə rəhbərliyi Çindən bir milyard qoruyucu maska idxal edib.

“Lakin çalışmalıyıq ki, qoruyucu maskaları Fransa ərazisində istehsal edək. Asılılığımızı azaldaq və gələcəkdə özümüzü təmin edə bilək”, - Fransa prezidenti “Kolmi-Hopen” şirkətinin maska istehsalı zavoduna baş çəkərkən belə deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri